YOLLAR ÇƏKİLİR, KÖRPÜLƏR SALINIR
Babək rayonunun Çeşməbasar kəndi ilə Culfa rayonunun Ərəfsə kəndi arasında 37 kilometrlik yola asfalt örtük döşənmişdir. 13 kəndin əhalisinə xidmət edən bu yolda 4 yeni körpü inşa edilmiş, gediş-gəliş xeyli asanlaşmışdır. Yol boyu ağaclar əkiləcək, dayanacaqlar yaradılacaqdır.