Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

YOL HƏRƏKƏTI QAYDALARININ POZULMASINA GÖRƏ MƏSULIYYƏTIN GÜCLƏNDIRILMƏSI MƏQSƏDILƏ AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK AKTLARINA DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli, 1 oktyabr tarixli 421-IIIQD, 422-IIIQD nömrəli və 19 oktyabr tarixli 455-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 28.3-cü maddədə “151.4-cü” sözləri “152-1.1-ci, 152-1.2-ci” sözləri ilə əvəz edilsin;

2. 151-ci və 152-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti

qaydalarının pozulması

151.1. Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılmasına, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi və ya piyada keçidlərinin keçilməsi, habelə araməsafəsi, dayanma və ya durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və ya motodəbilqələrdən istifadə, sürmə təlimi keçmə qaydalarının pozulmasına, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə -

şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

151.2. Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılmasına, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır”, 3.2 “Hərəkət qadağandır” yol nişanları tələblərinin və ya sərnişin daşıma, ötmə, manevr etmə, yol ayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.

151.3. Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılmasına, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsinə, yol nəqliyyat hadisəsi yerindən yayınmağa, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə -

şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

151.4. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 155.3-cü və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 və daha çox bal toplanmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

151.5. Bu Məcəllənin 151.1-151.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə-

şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz qırx mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd: Bu Məcəllənin 151.2-ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla qiymətləndirilir.

Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

152.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin qırx misli miqdarında cərimə edilir.

152.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin altmış misli miqdarında cərimə edilir.

152.3. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə-

şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.

152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə-

şərti maliyyə vahidi məbləğinin yüz qırx mislindən yüz səksən mislinədək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.”;

3. aşağıdakı məzmunda 152-1-ci, 152-2-ci, 152-3-cü, 152-4-cü və 152-5-ci maddələr əlavə edilsin:

“Maddə 152-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs

tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik

vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir

göstərən digər maddələrdən istifadə olunması nəticəsində

sərxoş vəziyyətdə idarə edilməsi

152-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.

152-1.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin yüz iyirmi mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

152-1.3. Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 bal toplanmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılır.

152-1.4. Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində göstərilən xətalara yol verilməsi 5 balla qiymətləndirilir.

Maddə 152-2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs

tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik

vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir

göstərən digər maddələrdən istifadə olunması nəticəsində

sərxoş vəziyyətdə idarə edilməsi

152-2.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

152-2.2. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

152-2.3. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 152-3. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs

tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə

etmə hüququ olmayan şəxsə verilməsi

152-3.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edilir.

152-3.2. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min mislinədək miqdarda cərimə edilir.

152-3.3. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yüz qırx mislindən yüz səksən mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin dörd min mislindən beş min mislinədək miqdarda cərimə edilir.

Maddə 152-4. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs

tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə

olan şəxsə verilməsi

152-4.1. Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min mislinədək miqdarda cərimə edilir.

152-4.2. Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən dörd min mislinədək miqdarda cərimə edilir.

152-4.3. Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən altı yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min mislindən altı min mislinədək miqdarda cərimə edilir.

Maddə 152-5. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs

tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün

idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə

olan şəxsə verilməsi

152-5.1. Nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz əlli mislindən dörd yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min beş yüz mislindən dörd min mislinədək miqdarda cərimə edilir.

152-5.2. Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən altı yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min mislindən altı min mislinədək miqdarda cərimə edilir.

152-5.3. Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən səkkiz yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min mislindən səkkiz min mislinədək miqdarda cərimə edilir.”;

4. 153-cü maddə üzrə:

4.1. 153.1-ci maddənin sanksiyasında “üç” sözü “on” sözü ilə əvəz edilsin;

4.2. 153.2-ci maddənin sanksiyasında “üç mislindən beş mislinədək” sözləri “altı mislindən on mislinədək” sözləri ilə əvəz edilsin;

4.3. 153.3.4-cü maddədə “tutmadan” sözündən sonra “və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla” sözləri əlavə edilsin;

4.4. 153.3-cü və 153.4-cü maddələrin sanksiyalarında “üç mislindən beş mislinədək” sözləri “iyirmi mislindən qırx mislinədək” sözləri ilə əvəz edilsin;

4.5. 153.5-ci maddə üzrə:

4.5.1. maddənin dispozisiyasında “153.1-153.4.5-ci” sözləri “153.3-cü və 153.4-cü” sözləri ilə əvəz edilsin;

4.5.2. maddənin sanksiyasında “beş mislindən on mislinədək” sözləri “əlli mislindən yetmiş mislinədək” sözləri ilə əvəz edilsin;

4.6. 153.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.”;

4.7.153.7-ci maddə çıxarılsın;

5.154-cü maddə üzrə:

5.1. 154.1-ci maddədə “vəkalətnamə və digər əsaslarla” sözləri “etibarnamə əsasında” sözləri ilə əvəz edilsin;

5.2. 154.1-ci maddənin sanksiyasında “üç mislindən səkkiz mislinədək” sözləri “on beş mislindən iyirmi mislinədək” sözləri ilə, “iyirmi mislindən otuz beş mislinədək” sözləri “qırx mislindən yetmiş mislinədək” sözləri ilə əvəz edilsin.

5.3. 154.2-ci maddənin sanksiyasında “əlli mislindən altmış mislinədək” sözləri “yüz əlli mislindən iki yüz mislinədək” sözləri ilə əvəz edilsin;

5.4. 154.3-cü maddənin sanksiyasında “altmış mislindən yetmiş mislinədək” sözləri “iki yüz mislindən iki yüz əlli mislinədək” sözləri ilə əvəz edilsin;

5.5. 154.4-cü maddənin sanksiyasında “on beş mislindən iyirmi mislinədək” sözləri “otuz mislindən qırx mislinədək” sözləri ilə əvəz edilsin;

5.6. aşağıdakı məzmunda 154.5-ci maddə əlavə edilsin:

“154.5. Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən bu Məcəllənin 451.3-cü maddəsinin tələbləri pozulmaqla cərimələrin alınmasına görə-

şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək miqdarda cərimə edilir.”;

6. 155-ci maddə üzrə:

6.1. 155.1.9-cu maddədən “görə - ” sözü çıxarılsın və maddənin sonuna nöqtəli vergül işarəsi əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 155.1.10-cu maddə əlavə edilsin:

“155.1.10. beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə - ”

6.3. 155.1-ci maddənin sanksiyasında “üç mislindən beş mislinədək” sözləri “on mislindən iyirmi mislinədək” sözləri ilə əvəz edilsin.

6.4. 155.2.2-ci maddədə “avadanlığın” sözündən sonra “quraşdırılmasına və ya” sözləri əlavə edilsin;

6.5. 155.2.4-cü maddədə “təchiz edilməsinə” sözlərindən sonra “, habelə ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə” sözləri əlavə edilsin;

6.6. 155.2-ci maddənin sanksiyasında “üç mislindən səkkiz mislinədək” sözləri “iyirmi mislindən otuz mislinədək” sözləri ilə əvəz edilsin;

6.7. 155.3-cü maddənin sanksiyasında “on beş mislindən iyirmi mislinədək” sözləri “qırx mislindən altmış mislinədək” sözləri ilə əvəz edilsin;

6.8. 155.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“155.4. Bu Məcəllənin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.”;

6.9. 155.5-ci maddə çıxarılsın;

7. 156-cı maddənin sanksiyasında “on beş mislindən iyirmi beş mislinədək miqdarda” sözləri “yetmiş misli miqdarında” sözləri ilə əvəz edilsin;

8. 158-ci maddə üzrə:

8.1. 158.1-ci maddənin sanksiyasında “üç mislindən beş mislinədək” sözləri “on beş mislindən iyirmi mislinədək” sözləri ilə əvəz edilsin;

8.2. 158.3-cü maddənin sanksiyasında “otuz mislindən yetmiş mislinədək” sözləri “yüz mislindən yüz iyirmi mislinədək” sözləri ilə əvəz edilsin;

9. 159-cu maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə edilir.”;

10. 161-ci maddə üzrə:

10.1. 161.1-ci maddədə “Müvafiq icazə olmadan avtomobil yollarında tikinti” sözləri “Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı” sözləri ilə əvəz edilsin;

10.2. 161.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin dörd min mislindən beş min mislinədək miqdarda cərimə edilir.”;

10.3. 161.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edilir.”;

11. 163-cü maddə üzrə:

11.1. maddənin adında “və təhkim zolağında” sözləri çıxarılsın;

11.2. 163.0-cı maddədə “və təhkim zolağında” sözləri “, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında” sözləri ilə əvəz edilsin;

11.3. 163.0.12-ci maddədən “görə -” sözü çıxarılsın və maddənin sonuna nöqtəli vergül işarəsi əlavə edilsin;

11.4. aşağıdakı redaksiyada 163.0.13-cü maddə əlavə edilsin:

“163.0.13. yük avtomobillərinin istehsalçı zavodun müəyyən etdiyi həddən artıq çəkidə yüklənməsinə görə -”

11.5. maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edilir.”;

12. 164-cü maddə üzrə:

12.1. maddənin adında “və nəzarət edilən zonalarda” sözləri çıxarılsın;

12.2. 164.0-cı maddədə “Müvafiq icazə olmadan avtomobil yollarında və nəzarət edilən zonalarda” sözləri “Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında” sözləri ilə əvəz edilsin;

12.3. 164.0.2-ci maddədə “tikinti,” sözü çıxarılsın;

12.4. maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən beş yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən dörd min mislinədək miqdarda cərimə edilir.”;

13. 165-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən altı yüz mislinədək miqdarda cərimə edilir.”;

14. 221.2-ci maddə üzrə:

14.1. maddənin dispozisiyasında “olmadan” sözündən sonra “və ya müəyyən edilmiş qaydalar pozulmaqla” sözləri əlavə edilsin;

14.2. maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edilir.”;

15. Məcəlləyə aşağıdakı məzmunda 296-1-ci maddə əlavə edilsin:

“Maddə 296-1. Avtoxuliqanlıq

296-1.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

296-1.2. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.”;

16. 360.1-ci maddə üzrə:

16.1. “151.6, 151.7, 152.4, 152.5” rəqəmləri “151.5, 152.4, 152-1.4, 152-2.2, 152-2.3” rəqəmləri ilə əvəz edilsin;

16.2. “153.7,” və “155.5,” rəqəmləri çıxarılsın;

16.3. “153.6,” rəqəmindən sonra “154.2, 154.3, 154.5,” rəqəmləri əlavə edilsin;

16.4. “296,” rəqəmindən sonra “296-1,” rəqəmi əlavə edilsin;

17. 406.1.5-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 406.1.6-cı maddə əlavə edilsin:

“406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda.”;

18. 412.1-ci maddənin birinci cümləsində “səkkiz” sözü “iyirmi” sözü ilə əvəz edilsin;

19. 414.1-ci maddədə “bir günədək” sözləri “48 saatadək” sözləri ilə əvəz edilsin;

20. 426.1.5-ci maddədə “maddəsi” sözündən sonra “və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü” sözləri əlavə edilsin;

21. 427.2-ci maddədə “, yaxud zərərçəkmiş şəxsin xahişi ilə ona” sözləri “və zərər çəkmiş şəxsə” sözləri ilə əvəz edilsin;

22. 430.2.3-cü maddədə “yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)” sözlərindən sonra “və ya məhkəməyə” sözləri əlavə edilsin;

23. 445-ci maddədə ismin müvafiq hallarında verilmiş “protest” sözü ismin müvafiq hallarında “şikayət və ya protest” sözləri ilə əvəz edilsin;

24. 451.3-cü maddə üzrə:

24.1. “cərimə” sözündən sonra “inzibati xəta törətmiş şəxs tərəfindən” sözləri əlavə edilsin;

24.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bank və ya səlahiyyətli kredit təşkilatı barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir.”.

II. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8, maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 901; 2005-ci il, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006-cı il, № 12, maddə 1027; 2007-ci il, № 6, maddə 560) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 1-ci maddənin 27-ci bəndindən “,motosiklet” sözü çıxarılsın;

2. 17-ci maddənin I hissəsinin 1-ci bəndində “yol hərəkəti” sözləri “yol-nəqliyyat” sözləri ilə əvəz edilsin;

3. 33-cü maddənin VI hissəsində “uçotunda olan,” və “təcrübəsi olan,” sözlərindən sonra “yaxud” sözü əlavə edilsin;

4. 40-cı maddənin I hissəsinin 1-ci bəndində “yol qırağı” sözləri “yol çiyini” sözləri ilə əvəz edilsin;

5. 42-ci maddə üzrə:

5.1. XII hissənin 6-cı bəndində “ictimai” sözü “ümumi istifadədə olan” sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda XV hissə əlavə edilsin:

“XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.”;

6. 46-cı maddənin II hissəsi üzrə:

6.1. 1-ci bənddə “tutmadan” sözündən sonra “və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla” sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 6-cı bənd əlavə edilsin və 6-cı bənd müvafiq olaraq 7-ci bənd hesab edilsin:

“6) nasaz, müəyyən olunmuş qaydada təchiz edilməyən velosipeddən istifadə etmək;”;

7. 47-ci maddənin IV hissəsində “vaxtı” sözündən sonra “və nəzarət etməklə” sözləri əlavə edilsin;

8. 49-cu maddənin V hissəsində “ağırçəkili” sözü “tam kütləsi 3,5 tondan çox olan” sözləri ilə əvəz edilsin;

9. 52-ci maddə üzrə:

9.1. II hissənin birinci cümləsində “ortasından tramvay yolları keçməyən, hər istiqamət üçün bir hərəkət zolağı olan yollarda və” sözləri “tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya” sözləri ilə əvəz edilsin;

9.2. IV hissənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə;”;

9.3. VI hissənin 1-ci bəndində “dayanacağın” sözü “dayanmanın” sözü ilə əvəz edilsin;

9.4. VII hissədə “Dayanacağın” sözü “dayanmanın” sözü ilə əvəz edilsin;

10. 56-cı maddə üzrə:

10.1. I hissədə “nəfərdən artıq” sözləri “nəfərədək” sözü ilə əvəz edilsin;

10.2. aşağıdakı məzmunda XI hissə əlavə edilsin:

“XI. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.”;

11. 59-cu maddənin XIII hissəsində “yol nişanlarının” sözləri “svetoforların” sözü ilə əvəz edilsin;

12. 64-cü maddə üzrə:

12.1. IV hissədə “3.32 və 3.33” sözləri “3.34 və 3.35” sözləri ilə əvəz edilsin;

12.2. V hissənin 1-ci və 3-cü bəndləri çıxarılsın, 4-cü bəndində “5.15 fərqləndirici nişana” sözləri “tanınma nişanına” sözləri ilə əvəz edilsin;

13. 65-ci maddənin III hissəsindən üçüncü cümlə və V hissəsinin üçüncü cümləsindən “,ümumi istifadədə olan nəqliyyat vasitələrinin” sözləri çıxarılsın;

14. 72-ci maddə üzrə:

14.1. 3-cü bənddən “və ya yük avtomobilinin banında” sözləri çıxarılsın;

14.2. 11-ci bənddə “dayanacağı” sözü “dayanma nişanı” sözləri ilə əvəz edilsin;

15. 73-cü maddə üzrə:

15.1. III hissədə “Sutkanın qaranlıq vaxtı tunellərdə və məhdudiyyətli görünmə şəraitində” sözləri “Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə” sözləri ilə əvəz edilsin;

15.2. VI hissədə “siqnalı və sıradan çıxmış nəqliyyat vasitələri və onların yedəyə alınması işarəsi ilə nişanlanmalıdır” sözləri “dayanma nişanı ilə bu Qanunun tələbinə uyğun işarələnməlidir” sözləri ilə əvəz edilsin;

16. 74-cü maddənin III hissəsində “boşaldaraq idarə etdikləri nəqliyyat vasitəsini dayandırmalıdırlar” sözləri “boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini saxlamalıdırlar” sözləri ilə əvəz edilsin;

17. 85-ci maddə üzrə:

17.1. 5-ci bənddə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən edilmiş pozuntulardan hər hansı birini və ya bir neçəsini” sözləri “İnzibati cərimənin miqdarı şərti maliyyə vahidi məbləğinin 20 mislindən artıq olmadığı hallarda inzibati xəta” sözləri ilə əvəz edilsin;

17.2. 9-cu bənddə “sürücülük vəsiqəsi olmadıqda” sözlərindən sonra “; nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə” sözləri əlavə edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin