YOL KƏNARINDA HƏRBİ SURSAT AŞKAR EDİLMİŞDİR
Xanlar rayon polis şöbəsinə daxil olan anonim məlumata əsasən aparılan əməliyyat tədbirləri nəticəsində Göygölə gedən yolun kənarında xeyli silah-sursat aşkar edilmişdir. Rayon polis şöbəsindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, tapılan silah-sursat arasında iki ədəd AKM tipli avtomat, bir neçə patron darağı, lüləsi kəsilmiş bir ədəd ov tüfəngi, bir ədəd xaricdə istehsal olunmuş tapança, bir ədəd 32 kalibirli ov tüfəngi və dörd ədəd partlamamış qumbara var.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO
- 28.03.2024 [23:30]
Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir
- 28.03.2024 [23:23]
Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO
- 28.03.2024 [23:16]