İDMAN


“YONEX Dutch Open 2021”: Badmintonçumuz səkkizdəbir finala vəsiqə qazanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Niderlandın Almere şəhərində “International Challenge” kateqoriyalı “YONEX Dutch Open 2021” badminton turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən badmintonçumuz Edi Reski Dviçayo birinci mərhələdə rəqibi hindistanlı Rahul Yadav Çittaboinanı məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.

Mükafat fondu 15 min dollar olan yarış oktyabrın 17-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.