ELM VƏ TƏHSİL


YT Park və Təcrübə-Sənaye Zavodunun əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) və onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, əməkdaşlar 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar. Onlar açıq səma altında salınan parkda nümayiş olunan atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla tanış olaraq xatirə fotoları çəkdiriblər.

Vurğulanıb ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edən Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi qələbənin əsəri, ordumuzun güc və qüdrətinin əyani təzahürüdür. İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı verən bu Park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə şərait yaradacaq.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.