ELM VƏ TƏHSİL


YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzində müasir tələblərə cavab verən iş şəraiti yaradılıb

Bakı, 8 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rəşad Əbilov, xüsusi nəzarət şöbəsinin daxili xidmət polkovnik rəisi Nazim Hacıyev, dövlət yanğına nəzarət işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Əliyev və digər əməkdaşlardan ibarət heyət Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında (YT Parkı) olublar.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, qonaqlar öncə Strateji Elmi Analitik Sınaq Mərkəzi (SEASM) ilə tanış olublar. Mərkəzin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə qonaqlara laboratoriya avadanlıqları, mərkəzin imkanları, göstərilən xidmətlər və istehlak mallarında toksik elementlərin təyin edilməsi üçün laboratoriya avadanlıqları və sınaq nəticələri haqqında ətraflı məlumat verib.

Mərkəzdə həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti böyük marağa səbəb olub.

AMEA Təcrübə Sənaye Zavodunun direktoru Vasif Abbasov nümayəndələri hazır məhsul anbarında toplanılmış mallar barədə məlumatlandırıb. Adil Ağayev qonaqlara sınaq yolu ilə məhsulların yanma qabiliyyətini nümayiş etdirib.

FHN əməkdaşları 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA arasında yaradılan “Millers Oils Azərbaycan” birgə müəssisəsinin yağ istehsalı sahəsi ilə tanış olublar.

Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri mərkəzdəki yanğından mühafizə təhlükəsizlik tələbləri haqqında fikirlərini bölüşüb, təhlükəsizliyin təmin olunması üçün təklif və tövsiyələrini irəli sürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.