ELM VƏ TƏHSİL


YT Parkın iki rezidenti “Caspian Agro 2022” sərgisində iştirak edib

Bakı, 20 may, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidentləri “Elm və Texnologiyalar Parkı” MMC və “BEYT” MMC Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) sərgisində iştirak ediblər.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, rezidentlər öz innovativ məhsullarını sərgidə yer alan “Smart Agro” stendində nümayiş etdiriblər.

Kənd təsərrüfatı sektorunun əsas iştirakçıları, yerli və xarici mütəxəssislər, idxalçılar, ixracatçılar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin peşəkar ziyarətçi qismində iştirak etdiyi sərgidə “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən NF010AzPUA pilotsuz uçuş aparatı multispektral kamera ilə birlikdə təqdim olunub.

Yerli proqram təminatı əsasında işləyən bu dronun əsas özəlliyi spektral emala əsasən torpağı və bitkiləri analiz edən alqoritmin artıq dronun proqram təminatına inteqrasiya olunmasıdır.

Sərgidə “BEYT” MMC tərəfindən temperatur, coğrafi yerləşmə və yerdəyişməni həyata keçirən, arıların hərəkətini izləyən və xəstəliklərinin diaqnostikasını aparan “Smart” arı yeşikləri, eləcə də LED lampalar üçün diod və mikrosxemlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.