MƏDƏNİYYƏT


“YUĞ” Dövlət Teatrı Kazanda diplomla təltif edilib

Bakı, 9 iyun, AZƏRTAC

“YUĞ” Dövlət Teatrının kollektivi Rusiya Federasiyası Tatarıstan Respublikasına səfərdən qayıdıb. Teatrın kollektivi Tatarıstanın paytaxtı Kazanda türkdilli xalqların “Novruz” teatr festivalında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “YUĞ” Dövlət Teatrı beynəlxalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edib. K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunan tamaşa həm mütəxəssislər, həm də teatrsevərlər tərəfindən müsbət qarşılanıb. “YUĞ” Dövlət Teatrı festivalda iştirakına görə diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşanın musiqisi Əməkdar artist Vüqar Camalzadənindir.

Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış ediblər.

Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının təşkilatçılığı ilə keçirilən XIV “Novruz” festivalının proqramına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları daxil olub. Festivalda Rumıniyanın Nottara teatrı Molyer və Bulqakovun əsərləri əsasında hazırlanmış “Molyer” tamaşası ilə xüsusi qonaq kimi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.