MƏDƏNİYYƏT


“YUĞ” Teatrı beynəlxalq festivalda çıxış edib

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət “YUĞ” Teatrının kollektivi Türkiyədə keçirilən V Şəhər Teatrları Görüşü Festivalında iştirak edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Adana şəhərində reallaşan festivala Mədəniyyət Nazirliyinin dəstəyi ilə qatılan sənət ocağının yaradıcı heyəti ölkəmizi “Təklif. Elçilik” tamaşası ilə təmsil edib.

Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər. Aktyorların uğurlu çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Festival çərçivəsində, yaradıcı heyəti Türkiyənin Mersin və Tarsus şəhərlərində də “Təklif. Elçilik” və “Metamorfoza” tamaşalarını təqdim edəcək.

Qeyd edək ki, S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış “Metamorfoza” tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada rolları aktyorlar Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov iştirak edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.