MƏDƏNİYYƏT


“YUĞ” Teatrı bu ay maraqlı tamaşalar təqdim edəcək

Bakı, 5 yanvar, AZƏRTAC

“YUĞ” Dövlət Teatrı yeni ilin ilk ayı maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yanvarın 6-da “Müəmmalı bir qətlin üç versiyası”, yanvarın 12-də “Quş dili” tamaşaları təqdim olunacaq. Bundan başqa, yanvarın 13-də “Təklif. Elçilik”, yanvarın 18-də “Məhşər günü”, yanvarın 26-da “Sonuncu”, yanvarın 27-də isə “Medeya. Sekvensiya 001” səhnə əsərləri təqdim olunacaq.

Tamaşalar A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.