MƏDƏNİYYƏT


“YUĞ” Teatrının 30 illiyi qeyd ediləcək

Bakı, 18 iyul, AZƏRTAC

Yeni teatr mövsümündə “YUĞ” Dövlət Teatrının 30 illiyi qeyd olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq yubiley tədbiri ilin sonlarına planlaşdırılır.

Bununla yanaşı, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulur.

Sənət ocağı yaxın aylarda xarici səfərlərini davam etdirəcək, tamaşaçılar üçün yeni səhnə əsərləri hazırlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.