MƏDƏNİYYƏT


“YUĞ”un yaradıcı kollektivi qastrola yollanıb

Bakı, 12 iyul, AZƏRTAC

“YUĞ” Dövlət Teatrı Şamaxı, Quba, Xaçmaz, İsmayıllı və Abşeron rayonlarına qastrola yollanıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının yaradıcı heyəti qastrolda repertuarda xüsusi yer tutan “Sonuncu” tamaşası ilə çıxış edəcək.

Yazıçı Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımov, qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova çıxış edəcək.

A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Əsərdə ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.