İQTİSADİYYAT


YÜKLƏNİB-BOŞALDILAN TRANZİT YÜKLƏRİN HƏCMİ 4,3 MİLYON TONA ÇATMIŞDIR

2003-cü ilin yeddi ayında Bakı Beynəlxalq dəniz ticarət limanı və yükləmə-boşaltma işləri ilə məşğul olan digər müəssisələr vasitəsilə 5,8 milyon ton yük daşınmışdır. Bu, ötən ilin müvafiq dövründə görülən işlərdən 19,5 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin yüklərin 2,2 milyon tonu və ya 37,5 faizi özəl bölmənin payına düşmüşdür. Yüklənib-boşaldılan beynəlxalq tranzit yüklər 2002-ci ilin ilk yeddi ayındakı göstəricilərlə müqayisədə 22 faiz artaraq 4,3 milyon tona çatmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.