DÜNYA
YUNANISTANIN KEÇMİŞ KRALI OLİMPİYA OYUNLARINDA AKKREDİTƏ OLUNMUŞDUR
Sabiq kral Oyunlarda üzv olduğu Beynəlxalq Olimpiya Komitəsinin rəsmi şəxsi kimi akkreditə edilmişdir.
Akkreditasiyanın mürəkkəbliyi ondadır ki, Konstantinlə Yunanıstanın hakimiyyət dairələri arasında münasibətlər çox da yaxşı deyildir. Sabiq kral 1967-ci ildə “qara polkovniklər”in dövlət çevrilişindən sonra taxt-tacını itirmişdir. 1974-cü ildə xunta hakimiyyətdən uzaqlaşdırıldıqda Konstantinə boş qalan taxt-taca sahib olmaq təklif edilmədi. Referendumda yunanlar onların ölkəsinin respublika olmasına səs verdilər.
Hazırda Yunanıstan hökuməti sabiq monarxın vətənə gəlməsinə maneçilik törətmir. Çətinlik ondadır ki, Konstantinin köhnə yunan pasportu daha etibarlı deyil, təzəsini isə vermirlər, çünki tələb edirlər ki, öz adını və soyadını göstərsin. Lakin sabiq kral vəzifəcə ona pasport lazım olmadığını əsas gətirərək, pasporta soyadını yazmaqdan imtina edir. Ona görə Konstantin Yunanıstana Avropa Birliyi ölkələrindən birinin pasportu ilə gəlmişdir. Həmin pasportda onun adı “Konstantin de Yunanıstan” kimi göstərilmişdir. Olimpiya akkreditasiyasında o, soyadı olmadığından “Konstantin Konstantin” kimi qeydə alınmışdır.