YUNESKO UŞAQ RƏSMLƏRİNİN MÜSABİQƏSİNİ KEÇİRİR
AzerTAg.az
YUNESKO-nun İşləri üzrə Azərbaycan Milli Komissiyası Radisson SAS Plaza mehmanxanası ilə birgə bütün dünyada qeyd edilən “Təmiz su ili”nə həsr olunmuş uşaq rəsmləri müsabiqəsi keçirir. Tədbirdən məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin qorunması məsələsinə cəlb etmək və respublikada belə proqramların inkişafı barədə bütün dünyaya məlumat verməkdir. YUNESKO Azərbaycan Respublikasına həsr olunmuş açıqcalar və təqvimlər hazırlayacaq və onlardan beynəlxalq mətbuatda istifadə olunacaqdır. Münsiflər heyətinə milli komissiyanın məsul katibi Ramiz Abutalıbov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, təhsil naziri Misir Mərdanov, mədəniyyət naziri Polad Bülbüloğlu, Avropa Evinin Azərbaycandakı nümayəndəliyinin başçısı Canni Boşer, rəssamlar İnna Kostina və Tatyana Ağababayeva daxildirlər.
Xəbərin mətnində orfoqrafik səhv var