MƏDƏNİYYƏT


YUNESKO-nun baş direktoru Dünya Audiovizual İrs Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Dünya Audiovizual İrs Günüdür. YUNESKO-nun baş direktoru İrina Bokova bu əlamətdar gün münasibətilə ictimaiyyətə müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə audiovizual irsin qorumasının əhəmiyyətindən danışılır. Bildirilir ki, audiovizual irs görüntünün və səsin sayəsində keçmişlə tanış olub, gələcəyə baxmağa imkan yaradır. Bu irs xatirə və şahidliyi, bilik və ideyaları əyani və hərəkətli formada əhatə edərək müxtəlif nəsillər və cəmiyyətlər arasında, habelə onların öz daxilində qarşılıqlı əlaqənin və dialoqun möhkəmlənməsinə kömək edir. Audiovizual irs həm də cəmiyyətin ümumi tarixinin bir hissəsidir. Buna görə də onu özünəməxsusluğun, innovasiya və yaradıcılığın mənbəyi kimi qorumaq və gələcək nəslə ötürmək lazımdır. Filmlərin, səsli materialların, radio və televiziya proqramların saxlandığı arxivlər çoxsaylı təhlükələrə, o cümlədən səliqəsiz saxlanmaq, texnologiyanın köhnəlməsi və digər təsirlərə məruz qalır. Bu səbəbdən də YUNESKO audiovizual irsi ümumi gücün mənbəyi kimi qorumaq məqsədilə dünya ölkələrinin hökumətləri ilə əməkdaşlıq edir.

Müraciətin tam mətnini YUNESKO-nun saytından oxumaq olar.

Dünya Audiovizual İrs Günü 2005-ci ildə YUNESKO tərəfindən cəmiyyətdə səsli və audiovizual sənədlərin (filmlər, səs və videoyazıları, radio və televiziya proqramları) qorunmasının əhəmiyyəti barədə məlumatlılığı artırmaq məqsədilə təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.