MƏDƏNİYYƏT


YUNESKO-nun proqram hesabatında “Bakı prosesi”nə dair məlumatlar yer alıb

Bakı, 3 noyabr, AZƏRTAC

YUNESKO-nun “Mədəniyyətlərin yaxınlaşması naminə Beynəlxalq Onillik” proqramının icrasına dair hesabatında “Bakı prosesi” haqqında məlumat yer alıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabatda proqram çərçivəsində YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıqdan və ölkəmizin bu proqrama töhfələrindən bəhs edilir. Hesabatın 8-ci bəndində Azərbaycanın dəstəyi ilə mədəniyyətlərarası dialoqun elektron resurslar vasitəsilə təşviqi sahəsində görülən işlər və cari ilin mayında Bakıda keçirilmiş 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Diversity, Dialogue and Sharing” adlı nəşrin təqdimatının keçirilməsi haqqında məlumat verilir.

Hesabatın 9-cu bəndində YUNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən “İnterculturalism at the crossroads” mövzusunda araşdırma fəaliyyətinə məhz 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində başlandığı qeyd edilir. Hesabatın 14-cü bəndində Foruma hazırlıq məqsədilə yaradılan İşçi Qrupuna BMT-nin müəyyən qurumları ilə yanaşı, YUNESKO-nun da daxil olduğu və bu sahədə fəal iş aparıldığı bildirilir. Hesabata Əlavənin 2-ci bəndində İpək Yolu Onlayn Platforması əlaqələndiricilərinin görüşünün də bu il Forumda reallaşdığı barədə məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.