ELM VƏ TƏHSİL
“YUNOCAL” GORANBOYDA MƏKTƏBİN TİKİNTİSİNİ MALİYYƏLƏŞDİRİR
Bakı-Tbilisi-Ceyhan layihəsinin operatoru olan “BTC co” şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şirkətin payçısı – “YUNOCAL” Goranboy rayonunun Eyvazlılar kəndində məktəb binasının tikintisi üçün 15 min dollar vəsait ayırmışdır.
Əsas ixrac boru kəmərinə yaxın olan bu kənddə məktəb binası olmadığından uşaqlar 3 kilometr aralıda yerləşən qonşu kənd məktəbində təhsil alırlar. Təhsil ocağının aprel ayında istifadəyə verilməsi üçün şirkətin əlavə vəsait ayırması da istisna edilmir.