YURGEN KLİNSMANNI AVSTRALİYAYA DƏVƏT EDİRLƏR
AzerTAg.az
05.02.2007 [16:07]
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, Avstraliya Futbol Federasiyası (AFF) keçən ilin yayında dünya çempionatında Almaniya yığmasına bürünc medal qazandıran və sonra vəzifəsindən gedən alman Yurgen Klinsmanna milli komandanın məşqçisi olmağı təklif etmişdir.
İnformasiya agentliklərinin xəbərlərinə görə, Kaliforniyada Klinsmann AFF-nin prezidenti Frenk Louinin oğlu Piterlə bu mövzuda danışıqlar aparmışdır.
Klinsmann bu vəzifəni tutmağa razılıq versə, onun qarşısına Avstraliya yığmasını 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının final turnirinə çıxarmaq vəzifəsi qoyulacaqdır.
Xatırladaq ki, 2006-cı il dünya çempionatında Avstraliya yığması Rusiya komandasının indiki baş məşqçisi Quus Hiddinkin rəhbərliyi ilə oynamış və səkkizdə bir finala çıxmışdı. Bu mərhələdə “yaşıl qitə” futbolçuları gələcək dünya çempionları italyanlara uduzmuşlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
02.07.2022 [17:52]
02.07.2022 [17:15]
02.07.2022 [17:00]
02.07.2022 [15:59]
MULTİMEDİA
02.07.2022 [17:18]
02.07.2022 [16:00]
02.07.2022
02.07.2022 [18:55]
02.07.2022 [18:30]
02.07.2022 [18:23]
02.07.2022 [17:45]
02.07.2022 [17:05]
02.07.2022 [16:45]
02.07.2022 [18:43]
02.07.2022 [18:26]
02.07.2022 [17:49]
02.07.2022 [17:29]
02.07.2022 [17:20]
01.07.2022 [09:47]
02.07.2022 [16:48]
02.07.2022 [13:24]
02.07.2022 [18:56]
02.07.2022 [18:21]
02.07.2022 [15:39]
02.07.2022 [17:41]
02.07.2022 [17:37]
02.07.2022 [17:23]
Xəbərin mətnində orfoqrafik səhv var