İDMAN


“YUVENTUS” İBRAHİMOVİÇİ “ÇELSİ”YƏ SATMAQDAN İMTİNA ETMİŞDİR

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliyanın “Yuventus” futbol klubu Zlatan İbrahimoviçin “Çelsi”yə keçməsi müqabilində təklif olunmuş 50 milyon avrodan imtina etmişdir. Droqba-İbrahimoviç hücum tandemi yaratmağı arzulayan London klubu bu sövdələşmə çərçivəsində “Yuventus”un maraq göstərdiyi fransız müdafiəçi Uilyam Qallası vermək niyyətində idi. Lakin italyanların baş direktoru Luçano Moci bildirmişdir ki, İbrahimoviç 2010-cu ilədək komandada qalacaqdır. “Yuventus” Marselo Salayetanın alınması ilə bağlı “Benfika”nın təklifini qəbul etmiş, lakin məşqçi Fabio Kapello demişdir ki, bu oyunçudan ayrılmaq niyyətində deyildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.