“YUXUSUZ GECƏLƏRİN LİRİKASI”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi Kapellhausda “Yuxusuz gecələrin lirikası” adlı bədii-musiqili kompozisiya göstərilmişdir.
Sözləri Ülviyyə Əliyevaya məxsus kompozisiyada Gülnaz İsmayılovanın (soprano), Fəridə Məmmədovanın (soprano), Səbinə Əsədovanın (metsosoprano) ifasında Qərbi Avropa bəstəkarlarının əsərləri səslənmişdir. Onları fortepianoda Ülviyyə Hacıbəyova müşayiət etmişdir.
Konsertin rejissoru Züleyxa Həsənzadə olmuşdur.