İQTİSADİYYAT


YÜZLƏRLƏ YARIMÇIQ QALMIŞ EVİN TİKİNTİSİ BAŞA ÇATDIRILMIŞDIR

Son ilyarım ərzində respublikamızın şəhər və rayonlarında tikintisi yarımçıq qalmış 310 evdə inşaat işləri başa çatdırılaraq, qaçqın-köçkünlərə təhvil verilmişdir.

Dövlətqaçınqınkomdan AZƏRTAC-a bildirmişlər ki, Nazirlər Kabinetinin Sərəncamı ilə Komitəyə ayrılmış 400 milyon manat vəsaitin müqabilində ümumi sahəsi 899 kvadratmetr olan 11 yaşayış evi tikilmişdir.

1994-cü ildən inşası yarımçıq qalmış yaşayış evlərinin tamamlanması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən hələ 2001-ci il avqustun 22-də Fərman imzalanmışdı. Qaçqınlar tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanan bu Fərmana uyğun olaraq, respublikanın 19 rayonunda inşası yarımçıq qalmış tikililər müəyyən edilmiş, Dövlət Neft Fondundan bu məqsəd üçün vəsait ayrılmışdı. Təkcə 2003-cü ildə Şəmkir, Balakən, Hacıqabul, Şərur, Xızı, Beyləqan, Abşeron, Tərtər, Xaçmaz rayonlarında 99 yaşayış evinin tikintisi başa çatdırılaraq qaçqınların ixtiyarına verilmişdir.

Respublikanın şəhər və rayonlarında inzibati binalarda, yataqxanalarda, sanatoriya-profilaktoriyalarda, yarımçıq qalmış tikililərdə məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün də təmir-tikinti işləri görülür.

Komitədən bildirmişlər ki, Bərdə rayonunda 9 evin tikintisinin başa çatdırılması üçün hələ 2002-ci ilin noyabrında vəsait ayrılmasına baxmayaraq, Laçın Tikinti-təmir idarəsi işi yubadır, bağlanmış müqavilənin şərtlərinə əməl etmir.

2004-cü ildə Komitə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 43 inzibati binada 2 milyard 100 milyon manatlıq təmir işləri görməyi nəzərdə tutmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.