CƏMİYYƏT
Yabanı halda bitmiş altı tona yaxın çətənə kolu məhv edilib
Bakı, 25 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitən və çəkisi 5 ton 714 kiloqram olan 3257 çətənə kolu məhv edilib.