MƏDƏNİYYƏT


“Yada düşdü” jurnalının 10 yaşı qeyd olunub

Bakı, 21 noyabr, AZƏRTAC

“Yada düşdü” jurnalı yarandığı gündən indiyədək qarşısına qoyulan missiyanı addım-addım yerinə yetirməklə bərabər, günümüzlə bağlı, cəmiyyət və ədəbiyyatın ən aktual məsələlərini də diqqətdə saxlaya bilib.

AZƏRTAC xəbər verir ki, bu fikir "Yada düşdü" jurnalının 10 illiyi ilə bağlı Sumqayıtdakı "Poeziya Evi"ndə keçirilən tədbirdə səsləndirilib.

Jurnalın təsisçisi və rəhbəri, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədli ilk gündən "Yada düşdü"nün nəşrində on ildir bir yerdə yol gələn insanlara təşəkkürünü çatdırıb. Baş redaktor bu müddət ərzində ədəbiyyat adamlarını, cəmiyyətimizi bəşəri dəyərlərlə yaşamağa yönəldən siyasi və ictimai xadimləri nəyə görə unudulmağa qoymamağın zəruri olduğunu qeyd edib: “Bizim, qələmi ilə xalqına xidməti məslək seçmiş yaradıcı adamların ən böyük amalı o insanları, onların şəxsində daşıyıcısı olduqları dəyərləri nümunə olaraq saxlamaqdan ibarətdir”.

Jurnalın ilk nömrəsindən bugünkü sayına qədər onun cəfakeş kollektivi üçün bu amala xidmət göstərdiyini vurğulayan Nəzakət Məmmədli oxucu diqqətləri ilə onları tək qoymayan insanlara təşəkkürünü çatdırıb.

Yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli on ildir jurnalın hər bir nömrəsinin ərsəyə gəlməsində xidməti olan insanları təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.

“Mədəniyyət-Kulture” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva yada düşməli şəxslər və onların əməllərinin yetişən gənc nəslin tərbiyəsində böyük amil olduğunu xatırladıb: “O insanlar dünənimiz və bu günümüzün həyat meyarıdır, gənc nəslin onları tanıması çox vacibdir".

"Yada düşdü" jurnalının birinci nömrəsindən bu günə qədər onunla olan, nəşrin baş redaktorunun müavini vəzifəsində çalışmış Zülfüqar Şahsevənli bildirib ki, jurnal nəinki Azərbaycanda, həmçinin ölkələrdə də populyarlıq qazanıb, xalqımızın ən görkəmli insanlarını geniş arealda tanıda bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.