Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaddaşlarda yaşayanlar: Murtuz Ələsgərov Ulu Öndərin yaxın silahdaşlarından biri, görkəmli dövlət xadimi idi

Bakı, 26 sentyabr, AZƏRTAC 

Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından, “91-lər” hərəkatının fəallarından olan Milli Məclisin sabiq sədri, görkəmli dövlət xadimi Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir. AZƏRTAC parlament tariximizdə özünəməxsus yer tutmuş Murtuz Ələsgərovun həyat yoluna və çoxşaxəli fəaliyyətinə nəzər salıb.

Murtuz Ələsgərov müstəqil Azərbaycanın dövlətçilik tarixində böyük xidmətləri olan ictimai-siyasi xadim idi. O, milli parlamentin formalaşmasında əvəzsiz rol oynayıb. Eyni zamanda, hüquq elmləri üzrə zəngin bilik və təcrübəyə malik alim, ləyaqətli ziyalı kimi xatırlanır. Azərbaycan dövlətçiliyinin qurulmasına və inkişafına dəyərli töhfələr vermiş görkəmli şəxsiyyətlər arasında Murtuz Ələsgərovun özünəməxsus yeri var. Təsadüfi deyil ki, bu gün onun adı ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi hörmət və ehtiramla çəkilir.

Silahdaşlıq missiyası

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə gərgin ictimai-siyasi proseslər cərəyan edirdi. Ovaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin başlaması, xarici müdaxilələr respublikanı, sözün əsl mənasında, böyük fəlakətlərlə üz-üzə qoymuşdu. Belə ağır bir dövrdə Azərbaycan xalqı, ölkənin qabaqcıl ziyalıları müdriklik göstərərək dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdilər. Əlbəttə, bu, həmin dövr üçün olduqca təhlükəli addım idi. Çünki Heydər Əliyev və onun yaxın tərəfdarları daim təzyiqlərlə üzləşir, təqiblərə məruz qalırdılar. Azərbaycan xalqına düşmən olan bəzi qüvvələr də Heydər Əliyev şəxsiyyətindən açıq-aşkar çəkinir, hər vəchlə Ulu Öndərin yenidən hakimiyyətə gəlməsinin qarşısını almağa çalışırdılar. Amma xalqın güclü iradəsi bütün təhdidlərin qarşısını aldı və Heydər Əliyev Azərbaycanda hakimiyyətə dəvət olundu. Murtuz Ələsgərov həmin dövrdə və ondan sonrakı illərdə ümummilli lider Heydər Əliyevin sadiq silahdaşlarından birinə çevrildi.

“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının müəlliflərindən biri olan Murtuz Ələsgərov hər zaman əqidəsinə sadiqliyi ilə seçilən ziyalı idi. O, xalqımızın çətin anlarında, taleyüklü məsələlərin həllində dərin zəkasını, bilik və bacarığını ortaya qoyub, milli mənafeyin müdafiəsinə qalxıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın ağır günlərində ölkəmizin tanınmış vətənpərvər ziyalıları dahi siyasətçi Heydər Əliyevin müdrikliyinə, uzaqgörənliyinə, vətənpərvərliyinə və qətiyyətinə güvənərək, ondan xalqa yol göstərməsini, xilaskarlıq missiyasını yerinə yetirməsini xahiş edib, bununla bağlı müraciət ünvanlayıblar. Hər kəs inanırdı ki, xalqımızı tarixin bu çətin sınağından çıxara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Ulu Öndərə ünvanlanan müraciətə imza atanlar arasında Murtuz Ələsgərovun adı birincilər sırasında idi. Hələ Heydər Əliyev Naxçıvanda olarkən dəfələrlə onun görüşünə getmiş, taleyüklü məsələlərlə bağlı fikir mübadiləsi aparmışdı.

Beləliklə, o dövrün ağır imtahanlarından şərəflə çıxan Murtuz Ələsgərov Ulu Öndərin sədaqətli silahdaşlarından biri olaraq ömrünün sonunadək bu missiyasını ləyaqətlə yerinə yetirdi.

Beynəlxalq hüquq sahəsində ilk azərbaycanlı alim

Murtuz Ələsgərov hələ kiçik yaşlarından möhkəm iradəli, vətənpərvər ruhlu, xalqına və vətəninə bağlı, ədalətli insan kimi formalaşır, qanunların keşiyində durmaq, insanların hüquqlarını müdafiə etmək arzusu ilə yaşayırdı. Bu arzu onu 1945-ci ildə respublikanın ən mötəbər ali təhsil ocağı olan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə gətirib çıxardı. 1950-ci ildə bu fakültəni fərqlənmə diplomu ilə bitirən Murtuz Ələsgərov hüquq elmini daha dərindən mənimsəmək məqsədilə Moskvaya gedir. SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasına qəbul olunaraq beynəlxalq hüquq sahəsində elmi araşdırmalara başlayır. Vətənə qayıdaraq Azərbaycan Dövlət Universitetində əvvəlcə dövlət hüquq kafedrasında baş müəllim və dosent kimi çalışır. Sonradan universitetin beynəlxalq hüquq kafedrasının müdiri vəzifəsinə seçilir və 8 il bu kafedraya rəhbərlik edir.

Beynəlxalq hüquq sahəsində ilk azərbaycanlı elmlər namizədi olan Murtuz Ələsgərov 1968-ci ildə Azərbaycan Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsi alıb. 1969-cu ildə isə ona beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilib.

O, beynəlxalq hüquq sahəsində dünya miqyasında da tanınmış alimlərdən biri idi. Bu sahədə biliklərini daim genişləndirir, beynəlxalq konfranslarda, simpoziumlarda dərin məzmunlu məruzələrlə çıxış edirdi.

Murtuz müəllimin onlarla dərslik və monoqrafiyası, 200-dən çox elmi əsəri çap olunub, onun rəhbərliyi ilə iyirmi nəfər namizədlik dissertasiyası müdafiə edib. Onların arasında Çin, Vyetnam, İraq, İran, Banqladeş və digər Afrika ölkələrinin vətəndaşları da var. Həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olan Murtuz Ələsgərov 1993-1996-cı illərdə bu ali təhsil ocağının rektoru işləyib.

Ulu öndər Heydər Əliyev Murtuz Ələsgərova bir peşəkar hüquqşünas kimi hər zaman böyük etimad göstərirdi. Təsadüfi deyildi ki, 1995-ci ildə Prezident Heydər Əliyevin sədrliyi ilə müasir dövrün tələblərinə uyğun, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunu təmin edən Konstitusiya layihəsinin hazırlanması məqsədilə yaradılan Komissiyanın üzvlərindən biri də Murtuz Ələsgərov idi.

Görkəmli dövlət xadimi

Hər zaman öz işgüzarlığı və prinsipiallığı ilə seçilən Murtuz Ələsgərov elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdirir, insanları narahat edən məsələlərin ədalətli həllinə çalışırdı. O, 1990-cı illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi ilə yaradılan, bu gün regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının formalaşdırılmasında və təşkilatlanmasında yaxından iştirak edib və uzun müddət partiyanın sədr müavini kimi fəaliyyət göstərib. Heydər Əliyev ideyalarının reallığa çevrilməsi üçün var qüvvəsini əsirgəməyib.

Öz elmi, ictimai-siyasi fəaliyyəti ilə insanlar arasında nüfuz qazanmış, fəal ziyalı mövqeyinə malik professor Murtuz Ələsgərov 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlament fəaliyyəti dövründə ölkənin qanunvericilik bazasının yaradılmasında və möhkəmləndirilməsində yaxından iştirak edib. 1996-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilib və on ilə yaxın müddətdə bu vəzifəni layiqincə yerinə yetirib. O, respublikamızda qanunvericilik sisteminin konstitusion prinsiplər əsasında təkmilləşdirilməsinə önəmli töhfələr verib, həmçinin hüquqi dövlət quruculuğu sahəsində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm xidmətlər göstərib.

Murtuz Ələsgərov həm elmi, həm də ictimai-siyasi fəaliyyətinə görə yüksək dövlət mükafatlarına layiq görülüb. "İstiqlal” ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin "Sodrujestvo” ordeni, Rusiya Federasiyasının "Dostluq” ordeni ilə, digər fəxri adlar və mükafatlarla təltif edilib.

Xalqına sədaqətlə xidmət etmiş görkəmli ictimai-siyasi xadim, Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş alim-pedaqoq Murtuz Ələsgərovun əziz xatirəsi onu tanıyanların xatirəsində yaşayır və yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

ASAN könüllülərindən növbəti sosial təşəbbüs

Botanika İnstitutu Belarus Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

“Heydər Əliyev İli”nə bp-nin töhfəsi

AzMİU-ya yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

Quba TDT-nin kənd təsərrüfatı paytaxtı elan edilib

Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib

Bərdədə yaşayış binasında partlayış olub

Aşqarlar Kimyası İnstitutunun alimləri bəzi patoloji proseslərə qarşı yeni nəsil inhibitorları yaradıblar

Yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı Tvininq layihəsi çərçivəsində növbəti təlim reallaşıb

Şəhid atası Səməd Xudiyev: Oğlum mərd, vətənpərvər oğlan olub

UNEC-in rektoru Ege Universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşüb

DGK sədri Yevlax şəhərində vətəndaşların müraciətlərini dinləyib

Ölkəmizdə spinal muskulyar atrofiyadan əziyyət çəkənlərin problemləri müzakirə olunub

BDU EIFL beynəlxalq konsorsiumunun Baş Assambleyasında təmsil olunub

Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib

Seulda son on ildə ilk dəfə hərbi parad keçirilib

® “Qızlara ağ yaraşır” Qran-Pri mükafatı qazandı

İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib

Mahir Emreli Xorvatiyada turun rəmzi komandasına düşüb

İstiqlal Muzeyində “Tarixin izi ilə” adlı növbəti tədbir – sərgi

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib

Daxili işlər naziri Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Cavid Qurbanov Avropa Atletika Assosiasiyasının rəhbərliyi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək

Avqustda bankların kredit portfeli artıb

Qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkət əməkdaşları üçün təlim keçiriləcək

Mərkəzi Bank: Bugünkü hərracda tələb 61,5 milyon dollar təşkil edib

QHT nümayəndələri Anım Günü ilə əlaqədar Ulu Öndərin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Quba alması bağdan neçəyə satılır?

Hərb Tarixi Muzeyində tədbir: “Vətən sizə oğul dedi!”

İqor Qrosu: Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası üçün çox gözəl potensialı var

Rəcəb Tayyib Ərdoğan: Zəngəzur dəhlizi strateji xarakter daşıyır və region dövlətlərinin iqtisadi maraqlarına cavab verir

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşəcək

Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini: TDT dövlətləri Türk İnvestisiya Fondunun potensialından istifadə etməlidir

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın növbəti iclası keçirilib

Minadan zərərçəkən: Zərərsizləşdirilməyən hər mina təhlükə mənbəyidir

Anım Günü ərəfəsində “Zəfər zirvəsi”nə yürüşə çıxıblar

Azər Bağırov: Yayda bəzi klublar Türkiyədə hazırlaşanda biz Bakıda yoxlama məşqləri edirdik

Dual peşə təhsili üzrə 872 tələbə təhsil alır

TDT-yə daxil olan ölkələr arasında həyata keçirilən ixracın dəyəri 33 milyard ABŞ dolları olub

İtaliyanın sabiq Prezidenti Corcio Napolitano ilə vida mərasimi keçirilir

Botanika İnstitutu alimlərinin məqaləsi impakt faktorlu jurnallarda dərc olunub

Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib

Natalya Jukova: “Nine Senses Fest” ruh, bədən və ağıl istiqamətləri arasında təcrübələr festivalıdır

Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi VİDEO

® “AccessBank” ABŞ bankı ilə pul köçürmə xidmətini genişləndirir

Məktəblərdə tərbiyə işinin metodikasına dair vəsait çap olunub

ADY bəzi qatarların gecikməsinin səbəbini açıqlayıb

ADNSU əməkdaşları ilə SOCAR-ın nümayəndələri arasında işçi görüş keçirilib

“Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihəsinə start verildi

Beynəlxalq tədbirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

“Novxanı bağları” yaşayış massivində içməli su təminatı yaxşılaşacaq

AzMİU-nun komandası debat turnirinin qalibi olub

AQTİ müvafiq vəzifələr üzrə vakansiya elan edir

Akademik: Yüksək texnologiyalara əsaslanan cəmiyyətimizdə mühəndis peşəsinin nüfuzu getdikcə artmaqdadır

London aeroportunda dispetçer çatışmadığından 64 aviareys ləğv olunub

Le Pen: Fransa Nigerdən qoşun və diplomatlarını alçaldıcı şərtlərlə çıxarır

Bakıda II Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib YENİLƏNİB

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı xeyriyyə layihəsi təşkil olunub

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Arşın mal alan” əsəri nümayiş olunub

BDU-nun Biologiya fakültəsində şəhidlərin xatirəsi anılıb

Həsrət Cəfərov: Olimpiya Oyunlarına ən yaxşı şəkildə hazırlaşacağıq

Orxan Məmmədov: Kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərən sektorlarındandır

DQİDK sədri Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinə qiymətli kitablar hədiyyə edib

Sabir Qocayev: 30-a yaxın SMA-lı uşağa əlillik təyinatı aparılıb

Politoloq: Naxçıvanda imzalanan sənədlər olduqca mühüm tarixi əhəmiyyətə malikdir

Azərbaycanın istedadlı basketbolçusu ABŞ-a gedir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Fransa Prezidentinin erməni sevgisi - ŞƏRH

Azərbaycan əhalisinin 65,4 faizi Zəngəzur dəhlizinin reallaşacağına tam inanır - SORĞU

Azərbaycanın idman gimnastları dünya çempionatına yollanıblar

Belqradda keçirilən dünya çempionatında uğurla çıxış edən MİK təmsilçiləri Vətənə qayıdıblar

Üçtərəfli Bəyanatdan sonra baş vermiş 188 mina partlayışından 136-sı keçmiş təmas xəttindən kənarda olub

Xankəndiyə daha 64 ton yanacaq göndərilib VİDEO

“Zirə” inamla irəliləyir, “Qarabağ” iddiasını ortaya qoyur - ŞƏRH

® “Kapital Bank”da neftçilərə özəl kampaniyanın bitməsinə az qaldı

Vüqar Zeynalov: Azərbaycanda fərdi sahibkarların 22 faizini qadınlar təşkil edir

2020-ci ilin noyabrından bu ilin sentyabrına qədər 95 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib

“Yeni klinika”ya sümük sıxlığını ölçmək üçün cihaz gətirilib

Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz olacaq

Saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi - “Aşıq, bağrına bas sədəfli sazı”

Rəşad Mahmudov: Gələn ilin büdcəsində SMA ilə mübarizəyə maliyyə ayrılmasına nail olmağı hədəfləyirik

ADNSU-nun şəhid məzunları haqqında sənədli film nümayiş olunub

İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi bütün region dövlətlərinin inkişafına töhfə verəcək – ŞƏRH

Fərid Qayıbov: Gənclərin potensialından düzgün istifadə edilməsi mühüm amillərdəndir

Fransa Ali Məhkəməsi müsəlman qadınların hüquqlarını pozan qanunu təsdiqləyib

Türk nazir: Bakıdakı Forum Türk dövlətləri arasında əməkdaşlığı genişləndirən mühüm bir platformadır

Zabratda müəssisədə üzərinə isti su tökülən şəxslərdən biri ölüb

Adil Əliyev: Ölkəmiz haqqında düzgün ictimai rəyin formalaşmasında diaspor gənclərinin üzərinə böyük məsuliyyət düşür

Tariximizin silinməz yaddaşı - Anım Günü

Ekspert: Qohum nikahları spinal muskular atrofiya üçün ən böyük risk amilidir

Meksikanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

“Neftçi” klubunun yeni strukturu təsdiqlənib

UNEC-lə “AzRe Təkrarsığorta” ASC arasında müqavilə imzalanıb

Hicran Hüseynova: Azərbaycan gender bərabərliyi üzrə müxtəlif beynəlxalq sənədləri ratifikasiya edib