CƏMİYYƏT


Yağan intensiv yağış nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuq artıb

Bakı, 26 noyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində respublikanın xüsusən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 100-150, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 200-400 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, noyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 267 kubmetr olmaqla ongünlük normanın 144 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr təşkil etməklə ongünlük normanın 123 faizinə bərabərdir.

Noyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 3, Salyan və Araz çayının Novruzlu məntəqələrində 4 santimetr artıb. Lakin Kür çayının Şirvan məntəqəsində 8, Bankədə isə 6 santimetr azalma müşahidə edilib.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 397, Şirvanda 275, Salyanda 271, Bankədə 221, Araz çayının Novruzlu məntəqəsində isə 94 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.