CƏMİYYƏT


Yağan yağış nəticəsində respublika çaylarında sululuq artıb

Bakı, 29 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 100-170, Lənkəran-Astara çaylarında 25-35, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 133 kubmetr olmaqla ongünlük normanın 81 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 167 kubmetr təşkil etməklə ongünlük normanın 101 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 78 kubmetr olmaqla ongünlük normanın 85 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 56 kubmetr təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.

Oktyabrın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində 24, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 10 santimetr artım qeydə alınıb. Lakin Bankədə isə suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 (2017-ci il oktyabrın 29-da 384 sm), Şirvanda 203 (2017-ci il oktyabrın 29-da 261 sm), Salyanda 171 (2017-ci il oktyabrın 29-da 207 sm), Bankədə 173 (2017-ci il oktyabrın 29-da 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 santimetrə (2017-ci il oktyabrın 29-da 88 sm) bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.