CƏMİYYƏT


Yağış suyunu sevən klerodendrum

Bakı, 21 avqust, AZƏRTAC

Yunanıstanda klerodendromu "bəxt ağacı" hesab edirlər.

AZƏRTAC xəbər verir ki, yerli əhalinin inamına görə, klerodendrum olduğu evə xoşbəxtlik gətirir. Xarici görünüşcə balışı xatırladan klerodendrumu çox vaxt birillik bitki kimi yetişdirsələr də, əslində çoxillik bitkidir, vətəni Kanar adaları hesab edilir. İnteryerə gözəllik və yaraşıq verən klerodendrum çiçəkləyən tropik sarmaşıqlara aiddir, təbii şəraitdə hündürlüyü 3-4 metrə çatır. Daha çox bitkinin tomson, filippin, uollis, prospero, bunge, inerme və s. növləri yayılıb.

Otaq şəraitində yaxşı qulluq ediləndə boyu 30-40 santimetrə qədər yüksəlir. Bitkinin yüzdən çox sortu var və onun çiçəkləri mavi rəngdən tünd-qırmızıya qədər olur. Klerodendrumun ürəkvarı formada və tünd-yaşıl rəngdə yarpaqları 20-30 santimetr uzunluğunda olur. Yanvardan aprelə qədər çiçəkləyir. Çiçəkləmə dövründə yarpaqları altında parlaq rəngli çiçəklər əmələ gəlir. Gülçülüklə məşğul olanların çoxu çiçəkləyəndən sonra onu atırlar.

Klerodendrum yağış suyu ilə suvarılmağı sevir. Payızın axırlarından başlayaraq bütün qış fəsli bitkinin süstlük dövrü sayılır. Bitki qışda və ya az rütubətli şəraitdə yarpaqlarını tökür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.