CƏMİYYƏT


Yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olub

Bakı, 12 iyul, AZƏRTAC

Ötən gün ərzində ölkə ərazisinə qeydə alınan yağış nəticəsində Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay, Kürəkçay və Dəstəfurçayda sululuğun artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəfurçayda sel hadisəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Kişçayda da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında sel hadisəsi qeydə alınıb. Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı müşahidə olunub.

Uzun müddət davam edən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olub ki, bu da nisbətən Kür və Qanıx çaylarına öz təsirini göstərib.

A.Verdiyevin sözlərinə görə iyulun 18-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı və bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.