CƏMİYYƏT


Yağlı yemək... yağsız yeməkdən daha yaxşıdır

Bakı, 25 mart, AZƏRTAC

Yağlı qidalar qəbul edilməsi ömrü uzadır.

AZƏRTAC Rusiyanın the-challenger.ru saytına istinadla xəbər verir ki, ABŞ-ın Stenford və Harvard universitetlərinin alimləri uzunmüddətli tədqiqatlar nəticəsində belə qənaətə gəliblər.

Onların fikrincə, doymamış yağların zəngin olduğu qidalar orqanizmin fəaliyyətinə müsbət təsir göstərir, ürək-damar xəstəlikləri riskini azaldır. Bitki və balıq mənşəli yağlarla hazırlanan yeməklər isə orqanizmdə daha tez sorulur və piylənməyə səbəb olmur. Bunun əksinə, heyvan mənşəli yağlar piylənmə və artıq çəkiyə, eləcə də müxtəlif xəstəliklərə aparıb çıxarır.

Tamamilə yağsız yeməklər qəbul edilməsi də məsləhət görülmür, çünki onun qəbulu maddələr mübadiləsini pozur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.