SİYASƏT


Yagmur Əhməd Güldərə: Əminəm ki, Şuşa Bəyannaməsində əksini tapan hədəflər vaxtında reallaşacaq

Kiyev, 16 iyun, AZƏRTAC

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın işğaldan azad edilmiş qədim Şuşaya səfəri tarixi əhəmiyyət daşıyır. Bu səfər, imzalanan Şuşa Bəyannaməsi və iki liderin nümayiş etdirdiyi iradə Şuşanın yenidən qurulmasından əlavə, bütün Qafqazda daimi sülh, əmin-amanlıq və firavanlıq üçün tarixi çağırışdır. Bu çağırışa cavab veriləcəyinə və Qafqazda birlikdə yeni səhifə açacağımıza ürəkdən inanıram.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ukraynadakı səfiri Yagmur Əhməd Güldərə söyləyib.

Səfir bildirib ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Şuşada verdiyi bəyanatla bölgənin taleyini dəyişdirmək üçün yeni bir baxış, yol xəritəsi təqdim etdi. Bölgəmizdə geniş və səmərəli əməkdaşlığın qurulması üçün birgə addımlamağa çağırış etdi.

“Şuşa Bəyannaməsində təhlükəsizlik, müdafiə, enerji, nəqliyyat sahələrində və digər mövzularda hədəflər əksini tapıb. Bu hədəflərin hamısı vaxtında reallaşacaq, hamı dostluğumuzun müsbət gücünü görəcək, Şuşa əvvəlki şöhrətini bərpa edəcək”, - deyə Yagmur Əhməd Güldərə əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.