SİYASƏT


“Yahoo Japan”: “Ermənistan müharibəni niyə uduzdu?”

Tokio, 17 noyabr, AZƏRTAC 

Yaponiyanın “Yahoo Japan” saytı “Ermənistan müharibəni niyə uduzdu?” adlı məqalə yayıb.

Fransada yaşayan Saori İmari adlı yapon mənşəli yazıçı-jurnalistin müəllifi olduğu məqalədə bildirilir ki, münaqişə artıq başa çatıb. Bu münaqişə faktiki olaraq Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti ilə yekunlaşıb.

Məqalədə Qarabağın Azərbaycan ərazisi olduğu və yerli azərbaycanlıların bu torpaqlardan qovulduğu qeyd edilir. Bildirilir ki, sentyabrın 27-də başlanan döyüşlər cəmi 44 gün çəkib. Azərbaycan ona aid olan ərazilərdə nəzarəti bərpa edib.

Müəllif vurğulayır ki, bu münaqişəni bəzən xristianlarla müsəlmanların qarşıdurması kimi qələmə verənlər kökündən səhv edirlər.

Məqalədə qeyd edilir ki, Azərbaycandan fərqli olaraq Ermənistanın vahid mövqedə olmaması, üzərinə götürdüyü müttəfiqlik öhdəliklərindən sui-istifadə etməyə çalışması onun Qarabağ müharibəsində məğlubiyyətinin əsas səbəblərindən biri kimi göstərilə bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.