Yahya Pallaviçini: Avropa təsisatları “İslamofobiya” termininə yenidən baxmaq qərarına gəliblər
AzerTAg.az

Bakı, 16 mart, AZƏRTAC
“İslamofobiya” kimi elmi termin yoxdur. Bu patologiya və ya psixoz deyil. İslamın patologiya və psixozla heç bir əlaqəsi yoxdur. Avropa təsisatları bu terminə yenidən baxmaq qərarına gəliblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri EULEMA Avropa Müsəlman Liderləri Şurasının sədri, İtaliyanın COREIS Dini İcmasının vitse-prezidenti, ICESCO-nun Dialoq üzrə səfiri Yahya Pallaviçini "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” adlı aralıq sessiyada çıxışı zaman deyib.
O bildirib ki, 2008-ci ildə "Bakı prosesi" başladı. Bu proses zamanı mədəniyyətlər və dinlərarası yeni yanaşma, əməkdaşlıq, dialoq formalaşdı. İslamofobiya tədqiq edilərək Qərb və Şərq arasında hansısa münasibətlər araşdırılır. Bunun nəticəsində qütbləşmə yaranır. Bir tərəf pislənir, digəri təriflənir. Bu qütbləşmə nəticəsində İslam dinini pisləməyə çalışırlar. “Bakı prosesi” çalışırdı ki, Şərq və Qərb arasında əməkdaşlığı, hörməti və barışığı formalaşdırsın.
Xəbərin mətnində orfoqrafik səhv var