DÜNYA


Yair Lapid İsrailin yeni Baş naziri olub

Bakı, 1 iyul, AZƏRTAC

2022-ci il iyulun 1-də “Eş Atid” partiyasının lideri Yair Lapid İsrailin yeni baş naziri olub.

AZƏRTAC İsrail mediasına istinadla xəbər verir ki, Yair Lapid 25-ci Knessetə noyabrın 1-də keçiriləcək seçkilərdən sonra yeni koalisiya qurulana qədər baş nazir vəzifəsini icra edəcək. İyulun 3-də onun başçılıq etdiyi hökumətin ilk iclası keçiriləcək.

İyunun 30-da Qüds şəhərində hökumət başçısının ofisində müddəti başa çatan Baş nazir Naftali Bennetin səlahiyyətlərinin Yair Lapidə ötürülməsi mərasimi keçirilib. Mərasimdə Naftali Bennet və Yair Lapidin ətrafından yüksək vəzifəli şəxslər, eləcə də onların ailə üzvləri iştirak ediblər. Rəsmi mərasimdən sonra sabiq və yeni baş nazirlər İsrailin təhlükəsizliyi və siyasətinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, dünən İsrail Knessetinin üzvləri 2022-ci il noyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsinə səs veriblər. Bu, son 3 il 5 ayda ölkədə keçirilən beşinci seçkilər olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.