SİYASƏT


Yakob Meriin: “Bitməyən əzab” sənədli filmində əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir

Rotterdam, 3 dekabr, AZƏRTAC

Avropa xalqları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrdən birtərəfli xəbərdar olmamalıdır, onlar hər iki tərəfi dinləməlidirlər. Filmdə əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir. Qadınlara, uşaqlara verilən bu işgəncələr dözülməz və qəbuledilməzdir.

Bu fikri Rotterdamda “Bitməyən əzab” sənədli filminin təqdimatından sonra Yakob Meriin AZƏRTAC-a müsahibəsində söyləyib.

Bildirib ki, filmdə mülki insanların ağla gəlməyəcək dəhşətlərlə üzləşdiyini görüb və çox mütəəssir olub.

“Soyqırımı və kütləvi qırğınlara son qoyulmalıdır. Qırğınlar, mülki şəxslərə qarşı işgəncələr təkcə II Dünya müharibəsində deyil, bu sənədli filmdə olduğu kimi XXI əsrin əvvəlində də olub. Bütün xalqlar diqqətli olmalı və belə dəhşətlərə bir daha yol verməməlidirlər”,-deyə Y.Meriin qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.