REGİONLAR


“Yalama Aqropark”da 561 hektar sahədə dənlik və silosluq qarğıdalı əkilib VİDEO

Xaçmaz, 26 iyul, Elxan Yusifli, AZƏRTAC

Bu il “Yalama Aqropark”da 147 hektar dənlik, 414 hektar sahədə isə silosluq qarğıdalı əkini aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun ikinci yarısından silosluq, sentyabrın 15-dən isə dənlik qarğıdalının toplanmasına başlanılacaq. Əldə olunan məhsul aqroparkdakı heyvandarlıq təsərrüfatlarının əsas qaba yem komponenti ilə təmin olunmasında istifadə olunacaq.

“Yalama Aqropark”da qarğıdalı üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunması üçün istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə olunur. Bu il aqroparkda ilk dəfə olaraq qarğıdalının Serbiyadan gətirilən sortları da əkilib.

“Yalama Aqropark” MMC-nin əkinçilik xidmətinin müdiri Qurban İmanov bildirib ki, qarğıdalı sahələrindən yüksək məhsul əldə etmək üçün bitkilərə aqrotexniki qulluq davam etdirilir. Əkin sahələri ziyanverici və alaq otlarına qarşı 3 dəfə dərmanlanıb, bir dəfə isə herbisid səpilib. Qarğıdalı sahələri ay ərzində müasir suvarma şəbəkəsi vasitəsilə 7-8 dəfə suvarılıb. Aqroparkın ərazisində qarğıdalı ilə yanaşı arpa, yonca, şəkər çuğunduru bitkiləri də becərilir.

Son bir neçə ildə “Yalama Aqropark” MMC-də dənlik qarğıdalı əkini üzrə orta məhsuldarlıq, ümumilikdə 15 ton və ondan yuxarı olub. Bu, ölkə üzrə qeydə alınan ən yüksək göstəricidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.