DÜNYA


Yalan məlumat nəticəsində Tbilisi aeroportunda üç aviareys təxirə salınıb

Tbilisi, 14 noyabr, AZƏRTAC

Ş.Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda sərnişinlərin təxliyəsi ilə əlaqədar üç aviareys təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, Tbilisi-Astana, Tbilisi-Təl-Əviv və Tbilisi-Tehran reysləri təxirə salınıb. Bu reyslər üzrə uçuşlar yaxın vaxtlarda yerinə yetiriləcək.

Tbilisi beynəlxalq aeroportunun informasiya mərkəzindən bildiriblər ki, reyslərin təxirə salınması uçuşlarla əlaqəli olmayıb.

Hava limanında təhlükəli çanta və çantada partlayıcı maddə olması ehtimalı barədə “112” çağrı mərkəzinə gəlmiş anonim zəng nəticəsində aeroportun fəaliyyətində fasilə yaranıb. Polis aeroportun hər iki terminalında axtarış aparıb. Partlayıcı qurğu tapılmayıb.

Sərnişinlərə aeroportun hər iki terminalına girib-çıxmalarına icazə verilib.

“112” çağrı mərkəzinə zəng vuraraq yalan məlumat vermiş şəxs axtarılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.