MƏDƏNİYYƏT


Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilib

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Əməkdar artist Rəşad İlyasov, Əməkdar incəsənət xadimi Cavan Zeynallı və bir sıra tanınmış müğənnilər iştirak ediblər.

Gecədə yubilyarın musiqisevərlər arasında sevilən və tanınan “Xatirə”, “Taleyim mənim”, “Mənim duyğularım”, “Yadındamı”, “Sənə qurban”, “Sarı güllər”, “Bir könül sındırmışam”, “Sənin xatirinə”, “Bu şəhərdə” və digər mahnıları səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.