SİYASƏT


Yalçın Topçu: Sülhsevər dünya Azərbaycanın yanında olmalıdır, ədalət zəfər çalacaq

Ankara, 28 sentyabr, AZƏRTAC

Tarixi yaranışından başqalarına alət olan Ermənistan son zamanlar yeni sifarişlə Azərbaycan torpaqlarına hücum edib. Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları, Xocalıda bəşəri cinayət törədərək heç bir haqq və hüquq gözləmədiyini, beynəlxalq hüququ, o cümlədən BMT-nin qərarlarını heçə saydığını nümayiş etdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərgilədiyi qətiyyətli mövqe və Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında Türkiyə dövlətinin qardaşlıq dəstəyini tarixi hadisə kimi dəyərləndirən Yalçın Topçu deyib: “Dünya ictimaiyyəti susduqca, Ermənistan harınlayır və bu səbəbdən terrorçuluq fəaliyyətlərini davam etdirir. Bütün sülhsevər dünya ictimaiyyəti bu münaqişənin yaratdığı gərginliyə cavabdehdir. Artıq Ermənistana “təcavüzkarlığını dayandır!” deməyin vaxtı çatıb. Dünyada və bölgədə sülhə və sabitliyə nail olmaq üçün ədalətin bərpası tələb edilir. Qarabağda ədalət bayrağı qaldırılmalı, beynəlxalq hüquq öz gücünü göstərməlidir. Qarabağ əzəli Azərbaycan torpağıdır. Təcavüzkar Ermənistan işğal etdiyi bu torpaqlardan BMT-nin qərarları əsasında dərhal çıxmalı və təzminat ödəməlidir. Otuz ildir ayaqlar altına salınmış beynəlxalq hüquq öz gücünü göstərməli, sülhsevər dünya Azərbaycanın yanında olmalıdır”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.