İQTİSADİYYAT


Yalnız nağdsız qaydada həyata keçirilən ödənişlər hansılardır?

Yalnız nağdsız qaydada həyata keçirilən ödənişlər hansılardır?

Bakı, 8 yanvar, AZƏRTAC

“Nağdsız hesablaşmalar haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən bəzi ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən ödənişlərə ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər, pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər və tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər daxildir.

Bundan başqa, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları)” də nağdsız ödənişlər sırasına daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.