MƏDƏNİYYƏT


Yamayka əsilli müğənni Roy Young və “King of Blues” qrupu Bakıda konsert verib

Bakı, 19 fevral, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Yamayka əsilli məşhur müğənni Roy Young “King of Blues” qrupu ilə birgə çıxış edib.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müğənni konsert çərçivəsində repertuarında hit mahnılarla yanaşı, digər caz nömrələrinə də müraciət edib. Möhtəşəm ifa nümayiş etdirən müğənni konsertdə öz vokal imkanlarını bütünlüklə təqdim edərək musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib.

R. Young dünya şöhrətli ifaçılar James Brovn, Ray Charles, Bill Kobham, Billy Sheppard və Johnny Micchel ilə eyni səhnəni bölüşüb.

Tamaşaçı ilə dərin ünsiyyət quran, maraqlı səsə, açıqlıq və yumşaq yumor hissinə malik müğənni hər bir fəaliyyətini inanılmaz, parlaq bir şouya çevirməyi bacarır. Onun yaradıcılığında ən lirik əsərlər belə, caz və bluz ritmləri ilə maraqlanan tamaşaçıları rəqs etməyə sövq edir.

Bu gün Roy Young yarım əsrdən çox yüksək karyeraya malikdir, dünyanın ən yaxşı caz festivallarında müntəzəm olaraq qonaq kimi çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.