İDMAN


Yan Oblak Sloveniyada ilin futbolçusu seçilib

Bakı, 3 yanvar, AZƏRTAC

İspaniyanın “Atletiko Madrid” futbol klubunun qapıçısı Yan Oblak ölkəsində - Sloveniyada ilin ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu bu mükafata dördüncü dəfə layiq görülüb.

Y.Oblak 2018-ci ildə Madrid klubunun heyətində 50 oyunda 36 qol buraxıb. O, həmçinin UEFA Avropa Liqasının və Avropa Super kubokunun qalibi olub.

Futbolçu Fransanın “L'Equipe” jurnalının keçirdiyi sorğunun nəticələrinə əsasən, ən yaxşı qapıçı siyahısında da yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.