Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Yan Uiqers: Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək “IAEA 2019” konfransından gözləntilərimiz böyükdür VİDEO

Bakı, 1 fevral, AZƏRTAC

Bakıya səfərimin məqsədi sentyabrın 22-dən 27-dək Dövlət İmtahan Mərkəzi tərəfindən burada “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları” mövzusunda keçiriləcək “IAEA 2019” konfransı ilə bağlı məsələləri müzakirə etmək, hazırlıq işləri ilə yaxından tanış olmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) idarə heyətinin üzvü və qiymətləndirmə üzrə təhsil eksperti Yan Uiqers jurnalistlərə müsahibəsində deyib:

- Konfransla bağı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, habelə konfransın təşkilat komandası ilə görüşdüm. Konfransa hazırlıq işlərini, həyata keçiriləcək tədbirləri müzakirə etdik. Konfransın təşkil ediləcəyi “Fairmont Baku” otelinə getdim. İndiki mərhələyədək işlər yüksək səviyyədə təşkil edilib.

-IAEA haqqında bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik. Bu təşkilata üzv olmağın ölkə üçün nə kimi əhəmiyyəti var?

-Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya 1974-cü ildə yaradılıb. IAEA ali və orta təhsil müəssisələrində, iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. Dünyanın 50-dən çox ölkəsindən imtahan təşkil edən qurumlar, universitet fakültələri, tədqiqatla məşğul olan təşkilatlar, o cümlədən dövlət qurumları Assosiasiyanın üzvləridir. IAEA-nın 90-dan çox institusional, eləcə də fərdi tədqiqatçıların daxil olduğu 40-dan çox üzvü var.

IAEA-ya üzv təşkilatın əldə etdiyi təcrübə ölkədə təhsilin keyfiyyətinin daha da artmasına kömək edir

IAEA-nın əsas məqsədi təhsilin ümumi keyfiyyətini artırmaq üçün təhsil üzrə qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi və müvafiq şəkildə tətbiq edilməsində təhsil qurumlarına kömək etməkdir. Bu məqsədə çatmağın ən yaxşı yolu beynəlxalq tərəfdaşlıqdır. Odur ki, IAEA dünyadakı müvafiq qurumlar və fərdlər arasında əlaqələrin inkişaf etdirilməsinə çalışır. 

Qeyd edim ki, qarşılıqlı məqsədlərə nail olmaq üçün IAEA-nın UNESCO–da məsləhətçi statusu var. Assosiasiya 2016-cı ildən etibarən Təhsildə Keyfiyyətə Nəzarət üzrə Şəbəkənin (NEQMAP) müxbir üzvüdür. IAEA-nın Afrikada və Avropada təhsilin qiymətləndirilməsi üzrə assosiasiyalarla da yaxın əlaqələri var.

Assosiasiya ildə bir dəfə üzv ölkələrdən birində konfrans keçirir. Məsələn, Sinqapur, ABŞ, Cənubi Afrika, Gürcüstan, Böyük Britaniya və digər ölkələrdə konfranslar təşkil edilib. Xatırladım ki, 2007-ci il sentyabrın 16-dan 21-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) Bakıda IAEA-nın (International Association for Educational Assessment) “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” mövzusunda 33-cü Beynəlxalq Konfransının təşkilatçısı olub, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.

Konfranslar çərçivəsində iştirakçılar arasında məlumat mübadiləsi (üzvlər və qeyri-üzvlər) və qiymətləndirmə alətlərinin inkişafı üçün təlim IAEA-nın məqsədlərinə çatması üçün çox vacib görüşlərdir.

Assosiasiyaya üzv olmağın əhəmiyyəti ilə bağlı qeyd edə bilərəm ki, təşkilatlar IAEA-ya ünsiyyət platformasına daxil olmaq məqsədilə üzv olurlar. Bu ünsiyyət platforması, yəni illik konfranslar, həmçinin Assosiasiyanın elmi nəşrləri, saytı onun üzvləri arasında əlaqələrə dəstək verir. Üzv təşkilatın əldə etdiyi təcrübə, imkanlar, eyni zamanda, ölkəyə şamil olunur. Məktəblərdə, ali təhsil ocaqlarında bu təcrübə paylaşılır və nəticədə ölkədə təhsilin keyfiyyətinin daha da artmasına kömək edir. Nəzərə almaq lazımdır ki, Assosiasiyanın illik konfranslarında müxtəlif ölkələrin təhsil nazirliklərinin əməkdaşları da iştirak edirlər. Onlar qiymətləndirmə alətlərinin təhsil prosesinə təsirini öyrənmiş olurlar.

Konfransa hazırlıqla bağlı heç bir anlaşılmayan sual qalmayıb

-Bakıda keçiriləcək “IAEA 2019” Azərbaycanda təhsilin qiymətləndirilməsinə hansı töhfəni verəcək? 

-Bu barədə çox müsbət fikirdəyəm. Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək “IAEA 2019” konfransından gözləntilərimiz böyükdür.

Qeyd edim ki, istənilən konfransın uğuru iki amildən - təşkilatçılıq və konfransa təqdim edilən elmi işlərin məzmunundan asılıdır. Konfrans, həmçinin Azərbaycanda olan mütəxəssislərə qiymətləndirmə sahəsi üzrə beynəlxalq səviyyəli tədbirdə iştirak imkanı yaradır. Biz Assosiasiya olaraq yerli təşkilatların konfransa qatılmağı üçün daha az məbləğli bir rüsum müəyyən etmişik ki, onlar da iştirak imkanı əldə etsinlər.

-Dövlət İmtahan Mərkəzinin konfransa hazırlığını necə dəyərləndirirsiniz?

-Bildiyiniz kimi, konfrans Azərbaycanda ikinci dəfə keçiriləcək. Səfərim çərçivəsində müşahidələrimin yekunu olaraq 3 həftə sonra IAEA-nın idarə heyətində təqdimat edəcəyəm. Əminliklə deyirəm ki, konfransa hazırlıq yüksək səviyyədədir. Biz təşkilatçı qurumun rəhbəri ilə görüşdük, müzakirələr apardıq. Heç bir anlaşılmayan sual, indiki mərhələyə qədər görülməmiş iş qalmayıb. 2007-ci ildə də konfrans yüksək səviyyədə keçirilmişdi.

- Yeri gəlmişkən, həmin səfərinizdən sonra indi Bakıda hansı dəyişikləri görürsünüz?

-Yanvarın 31-dən şəhərinizdəyəm və fevralın 2-si səfərimin sonuncu günüdür. Aeroportdan tutmuş yol infrastrukturu, eləcə də görüş keçirdiyim məkanlar, yaxından tanış olduğum “Fairmont Baku” oteli, ümumiyyətlə, şəhərin gözəlliyi, bir sözlə, müşahidələrim, pozitiv fikirlər söyləməyə əsas verir.

“IAEA 2019” qiymətləndirmə və qərar qəbulunun fərdi və institusional həll yollarını göstərəcək

Qeyd edək ki, Bakıda keçiriləcək “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları” mövzusunda “IAEA 2019” konfransı qərar qəbulunda qiymətləndirmənin tətbiqi (tələbə qəbulu, kadr seçimi və s.), qərarların verilməsində qiymətləndirmənin etibarlılığı və validliyi, tələbə qəbulu və kadr seçimi siyasətində mövcud olan çətinliklər və imkanlar məsələlərini əhatə edəcək. Bununla yanaşı, elmi araşdırmalar əsasında proqnozların verilməsi təcrübəsi paylaşılacaq, tələbə qəbulu və kadr seçimi sahəsində qiymətləndirmə alətlərinin gələcəyi, qiymətləndirmə nəticələri və qərar qəbuletmə məsuliyyəti, elektron qiymətləndirmə və mütərəqqi texnologiya əsaslı platformalar, qiymətləndirmə və qərar qəbuletmə prosesində obyektivlik prinsipi barədə müzakirələr aparılacaq.

Yan Uiqers: Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək “IAEA 2019” konfransından gözləntilərimiz böyükdür VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək: külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO