CƏMİYYƏT


Yanacaqdoldurma məntəqəsinə 100 manatlıq saxta əsginas verən şəxs saxlanılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə 100 manatlıq saxta əsginas verən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxs - “Toyota” markalı avtomobilin sürücüsü, taksi fəaliyyəti ilə məşğul olan paytaxt sakini Q.Zeniyev Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.