CƏMİYYƏT


Yanğın hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər görülür

Bakı, 23 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) şimal-qərb regional mərkəzinin təşkilatçılığı, şimal-qərb regional dövlət yanğın nəzarəti idarəsinin iştirakı ilə Qəbələ şəhərində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, tədbir fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məqsədilə keçirilib.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən “Sel və daşqın”, “Zəlzələ”, “Dəm qazı”, “Yanğın zamanı davranış qaydaları”, “Nəqliyyat qəzaları” və “112” qaynar xətti” mövzularında məruzələr edilib. Toplantıda mövzulara dair videoçarxlar nümayiş olunub.

Sonda odsöndürücü balondan istifadə qaydaları otel əməkdaşlarına əyani şəkildə göstərilib, mövzulara dair suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.