CƏMİYYƏT
Yanğın nəticəsində yaşayış sahəsi yararsız vəziyyətə düşən məcburi köçkün ailələri müvəqqəti mənzillərdə yerləşdirilib
Bakı, 3 yanvar, AZƏRTAC
Xəbər verildiyi kimi, yanvarın 3-də gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerində olub, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri yanğının başvermə səbəblərini araşdırırlar. Mütəxəssislərin yekun rəyindən sonra müvafiq hüquqi addımlar atılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:35]
DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
- 24.04.2024 [18:55]