İQTİSADİYYAT
Yanğından zərər çəkmiş sahibkarlar ticarət mərkəzlərində müvafiq yerlə təmin olunur
Bakı, 2 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 20-dək sahibkar 5 ay icarəhaqqı ödənilməmək şərti ilə "Aygün" və "Sədərək" ticarət mərkəzlərində, Dərnəgül şosesində yerləşən "Eurohome" tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.
Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:25]
DGK sədri Misir səfiri ilə görüşüb
- 28.03.2024 [11:05]