DÜNYA


Yanğının şiddətlənməsi ilə Antalyanın Gündoğmuş bölgəsində əhalinin təxliyəsinə qərar verilib

İstanbul, 2 avqust, AZƏRTAC

Alovların yaşayış məntəqələrinə yaxın ərazilərə çatması səbəbindən Antalyanın Gündoğmuş bölgəsində əhalinin təxliyəsinə qərar verilib.

AZƏRTAC xəbər verir ki, alovların evlərə yayılıb-yayılmadığı ilə bağlı hələ məlumat yoxdur. Adıgedən əraziyə giriş-çıxışlar qadağan edilib. Bölgəyə əlavə qüvvə, o cümlədən helikopterlər cəlb olunub.

Yanğının yaxınlaşması ilə dağın ətəyində yerləşən 2100 nəfər əhalisi olan Gündoğmuş kəndinin boşaldılmasına qərar verilib. Bölgədəki məscidlərdən evakuasiya elanları verilməyə başlanıb.

Bölgədə əsən güclü külək alovları və tüstünü rayon mərkəzinə yönəldib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.