MƏDƏNİYYƏT


Yanıltmaclardan ibarət yarış keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialında yanıltmaclardan ibarət yarış keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə folklor nümunələrimizin zənginliyindən söhbət açılıb. Bildirilib ki, Azərbaycan xalqının folkloru onun tarixi qədər qədimdir: “İlk insanın ağlı və şüurunun, eləcə də ruhunun təkamülü ilə birlikdə folklor da inkişaf edərək, günümüzə qədər gəlib çatıb. Onu əhatə edən aləmə heyrətin ifadəsi olan “ah”lar, “oh”lar, “hey”lər ilk nitq elementləri və folklor nümunələridir. Bu səsləşmələr dağ-daşda, qayalarda əks-səda verdikcə, insanlar öz aralarında səs vasitəsi ilə əlaqə saxlamağa başlayıb. Beləcə nitq formalaşıb”.

Daha sonra vurğulanıb ki, bu günümüzə qədər gəlib çatan folklor nümunələrinin ən qədim növlərindən biri də yanıltmaclardır: “Yanıltmaclar əsasən nitqi inkişaf etdirmək və dildə olan qüsurları aradan qaldırmaq, eləcə də səlis danışmaq vərdişləri aşılamaq məqsədi daşıyır. Yanıltmaclar həm nəsr, həm də nəzm (şeir) formasında olur. Sözlər elə sıralanır ki, onları sürətlə deyəndə təkcə uşaqlar deyil, böyüklər də çaşır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.