MƏDƏNİYYƏT


Yann dö Sen Sülpis : Azərbaycan incəsənət nümayəndələri istedadları ilə seçilir VİDEO

Kann, 16 iyul, AZƏRTAC 

Sərgi daha çox cütlüyün əsərləri olduğu üçün maraqlıdır. Həmişə rəssamların əsərlərini müqayisə etmək maraqlı olub. Rəssam cütlüyün əsərlərini müqayisə etmək daha çox maraqlıdır. Hər birinin öz həssaslığı var. Bu cütlük əsərlərində ekspressionizm cərəyanına müraciət ediblər.

Bu fikri AZƏRTAC-a müsahibəsində Sylvie Nissen Sarl şirkətinin direktoru Yann dö Sen Sülpis deyib.

Bildirib ki, nümayiş olunan əsərlərdə mənzərələr Azərbaycan təbiətini yaxından tanımağa imkan yaradır. Bu əsərlər eyni zamanda, ölkədə baş verən dəyişiklikləri də əks etdirir.

O deyib: “Portretlərdə insanların üzlərinin ifadəsi çox zəngindir və bu həssaslıqla çəkilib. Rəng seçimi yüksək səviyyədədir. Azərbaycan incəsənət nümayəndələri istedadları ilə seçilir”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kann

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.